“Nikol Paşinyanın dar düşüncəli olduğunu bilirdim. Ancaq bu qədər dar düşüncəli olduğunu, kiçik vasitələrə ən sonda əl atmağa hazır olduğunu hesablamamışdım”.
Lent.az ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan yazıb.
“Sanki az tanımışdım, bir dəfə də məni Azərbaycan mətbuatının ağzına atdın. Yazıq Nikol, quldurlarını geri çək, işin yoxdur, mənimlə çirkli oyunlar oynama, mən bir deputatın hüququ olan sırf siyasi tənqidlərlə kifayətənmişəm. Başa düşürəm, minlərlə uşağın başını yemək halının dərk edilməsi ağırdır, günahını mənim üzərimə atmağa çalışırsan”, - o qeyd edib.